ABŞ-lı səs operatoru Ceff Rays Yer kürəsinin ən böyük canlı orqanizmi olan Pandonun kök sistemindən akustik titrəyişləri lentə alıb.
Pando, Yuta ştatında 43 hektar ərazini əhatə edir və 47.000 genetik eyni qovaq gövdəsindən ibarətdir. Ümumi çəkisi 6.000 ton, yaşı təxminən 12.000 ildir.
Təcrübə zamanı Rays tufan zamanı kökə hidrofon yerləşdirib. Yazılarda yağış zamanı köklər boyu aşağı tezlikli uğultular eşidilir. Bu, Pandonun akustik fəaliyyətinin ilk sənədləşmiş təcrübəsidir.
Alimlər səslərin mənşəyini araşdırır. Bu, bitki sistemlərində akustik proseslər üçün yeni imkanlar açır.












