İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran, HƏMAS və "Hizbullah"la müharibə hələ bitməyib və yaxın zamanda bitməsi gözlənilmir.
Bu barədə Oxu.Az "The Times of Israel" nəşrinə istinadən xəbər verir.
Netanyahu "Kanal 14" müxbirinin sualını cavablandırarkən qeyd edib ki, bu qarşıdurma heç vaxt sona çatmayacaq.
O vurğulayıb ki, Yaxın Şərqdə və qlobal miqyasda mövcud olmaq üçün güclü olmaq şərtdir. Hökumət başçısı əlavə edib ki, İsrail bütün təhdidləri dəf edərək düşmənlərini ciddi zəiflədib.
Netanyahunun sözlərinə görə, İsrail indi həmişəkindən daha güclüdür. O, "İran oxunun qalıqları" ilə məşğul olmaq və sülh müqavilələri bağlamaq üçün fürsətlərdən istifadə etmək lazım olduğunu bildirib.












