"Nissan Motor" şirkəti Yaponiyada 600 mindən çox avtomobili geri çağırır. Səbəb litium-ion batareyasının idarəetmə blokundakı nasazlıqdır.
Geriçağırma kampaniyasına 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunmuş "Note", "Note Aura" və "X-Trail" hibrid modelləri daxildir.
Problem proqram təminatındakı səhvdir. Bu, batareyanın idarəetmə sisteminin yanlış siqnallar verməsinə səbəb olur. Nəticədə mühərrik qəfil dayana bilər.
İndiyədək 452 şikayət qeydə alınıb. Bir maddi ziyanla nəticələnən hadisə də olub. Xəsarət alan barədə məlumat yoxdur.
Nissan bütün geri çağırılan avtomobillərin proqram təminatını pulsuz yeniləyəcək.












