Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin Fransanın nüvə çəkindirmə sisteminə qoşulduğunu rəsmən elan edib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, qərar Avropadakı təhlükəsizlik vəziyyəti və Rusiyanın hərbi güclənməsi fonunda qəbul edilib.
Baş nazir bildirib ki, bu addım Avropada artan təhlükəsizlik riskləri ilə bağlıdır.
O, mayın 27-də Parisə səfər edərək Prezident Emmanuel Makron ilə müdafiə sazişi imzalayıb.
Razılaşmaya əsasən, sülh dövründə Norveç ərazisində nüvə silahlarının yerləşdirilməsi nəzərdə tutulmur.
Fransa prezidenti 2025-ci ildə Avropadakı müttəfiqlərin "nüvə çətiri" ilə bağlı müzakirələrə açıq olduğunu bildirmişdi. Daha əvvəl Polşa bu təşəbbüsə qoşulmuş, Litva isə maraq göstərmişdi.
Norveç NATO üzvü olsa da, ABŞ ilə yanaşı, Avropada təhlükəsizlik siyasətini diversifikasiya edən ölkələrdən biri hesab olunur.












