ABŞ-ın Nyu-York şəhərinin Bruklin ərazisində qadın sürücünün idarə etdiyi üçtəkərli motosiklet doqquz piyadanı vurub.
Hadisə yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 04:40) qeydə alınıb. Sürücü nəzarəti itirərək Kommodor Barri parkına daxil olub.
Motosiklet sahibi və xəsarət alan doqquz nəfər təcili xəstəxanaya çatdırılıb. Dörd yaralının vəziyyəti kritikdir.












