Oman sahillərində "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisi mexaniki nasazlıq səbəbindən batıb. Göyərtəsində 14 hindistanlı dənizçi olub.
Hadisə yerində xilasetmə əməliyyatı aparılır. 11 dənizçi xilas edilib, qalan 3 nəfərin axtarışı davam edir.
Məlumatı Hindistanın Maskatdakı səfirliyi və hökumət mənbəyi təsdiqləyib.












