Özgür Özel Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri seçilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, qərar CHP-nin qərargahında deputatların qapalı iclasında qəbul edilib.
Məlumata görə, toplantı Özgür Özelin sədrliyi ilə keçib. O, iclasda iştirak edən 96 deputatdan 95-nin səsini qazanıb.
Bir səs etibarsız sayılıb. Xəstəlik, dəfn mərasimi və ya xaricdə olması səbəbindən iclasa qatıla bilməyən 15 parlament üzvü də Özeli dəstəklədiyini bildirib.
Xatırladaq ki, Ankara məhkəməsi CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.












