Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Xayber-Paxtunxva əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həlak olub.
Xinhua agentliyinin məlumatına görə, təyyarə Mardan dairəsində yaşayış evlərinin üzərinə düşüb. Qəza zamanı üç yerli sakin yaralanıb.
Hadisə yerində xilasetmə qrupları işləyir. Qəzanın səbəbləri araşdırılır.












