Papua-Yeni Qvineyanın Yeni Britaniya bölgəsi sahillərində 5.6 maqnitudalı zəlzələ baş verib. Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Episentr Yeni Britaniya adası yaxınlığında, 5.71° cənub enliyi və 151.01° şərq uzunluğu koordinatlarında qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.











