Parabüzənləri əllə götürmək olmaz. Çünki onlar təhlükə hiss etdikdə zəhərli maye ifraz edirlər.
Biologiya elmləri doktoru Mixail Qildenkov "RIA Novosti"yə bildirib ki, bu maye - hemolimfa tərkibində kantaridin adlı toksik maddə var.
Zəhər insanlar üçün ölümcül olmasa da, həssas dəridə qıcıqlanma, qızartı və allergiyaya səbəb ola bilər.
Mütəxəssis parabüzənlərlə təmasda ehtiyatlı olmağı tövsiyə edir.












