Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın TRIPP təşəbbüsü üçün xüsusi fond yaratdığını açıqladı.
Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib ki, ABŞ “Trampın beynəlxalq sülh və rifah marşrutu” (TRIPP) layihəsi və digər regional təşəbbüsləri maliyyələşdirmək üçün fond yaradıb.
Baş nazir qeyd edib ki, bu fonda böyük həcmdə vəsait ayrılıb, lakin konkret rəqəmləri səsləndirməkdən çəkinib.











