Çinin Pekin şəhərində dəhşətli hadisə baş verib. Yüngül motorlu təyyarə CITIC qülləsi kimi tanınan 109 mərtəbəli China Zun göydələninə çırpılıb.
Oxu.Az-ın məlumatına görə, toqquşma nəticəsində təyyarə tamamilə dağılıb. Çaoyan mərkəzi biznes rayonundakı 528 metrlik binanın ən azı iki pəncərəsi sınıb.
Şahidlər hadisə yerindən qatı tüstü qalxdığını və təyyarə qalıqlarının yerə səpələndiyini bildirib. Yayılmış videolarda Pekinin ən hündür binasının yan divarında boşluq görünür.
Dərhal genişmiqyaslı təxliyə həyata keçirilib. Zərərçəkənlərin sayı hələ məlum deyil. Xilasetmə xidmətləri işlərini davam etdirir.












