ABŞ Müdafiə Nazirliyi İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Konqresdən 80 milyard dollar əlavə maliyyə istəyib.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Müdafiə nazirinin müavini Stiven Feynberq qanunvericilərlə danışıqlar apararaq Pentaqonun ehtiyaclarını izah edib. Əlavə vəsait ayrılmasa, Pentaqonun büdcəsi yayda tükənə bilər.
Nəşr bildirir ki, ABŞ hərbçiləri təlimlər də daxil olmaqla bir sıra proqramları azaltmaq məcburiyyətində qala bilər.
Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Cek Rid isə 2026-cı ildə İran əməliyyatı üçün 100-200 milyard dollar tələb oluna biləcəyini söyləyib.












