Polşa parlamentinin aşağı palatası (Seym) eynicinsli cütlüklərin qeydiyyatına icazə verən qanun layihəsini qəbul edib.
"Ən yaxın şəxsin statusu haqqında" qanun layihəsi nikahdankənar ittifaqlar üçün hüquqi əsas yaradır. Layihə indi Senata göndəriləcək.
Prezident Karol Navrotskinin ofisi bildirib ki, o, bu təşəbbüsü dəstəkləmir. Navrotski yalnız notarial qeydiyyat formasını dəstəkləyir.
Layihə hakim koalisiya daxilində kompromis kimi hazırlanıb. Polşa konstitusiyası nikahı yalnız kişi və qadın arasında tanıyır.












