Ukraynanın keçmiş prezidenti Petro Poroşenko barəsində qeyri-qanuni hasar inşa etdirməsinə görə cinayət işi açılıb.
Bu barədə "İnsayder" Telegram kanalı məlumat yayıb. Hasar Kiyev vilayətinin Kozin qəsəbəsindəki malikanənin yanındadır.
Bildirilir ki, hasar çay sahilinə sərbəst çıxışı maneə törədir. Kozin qəsəbə şurası rəsmi icazə verilmədiyini təsdiqləyib.












