İran dövlət televiziyası parlament sədri Məhəmməd Baqir Qalibafın müsahibəsini yayım zamanı kəsərək qalmaqala səbəb olub.
Hadisə geniş müzakirələrə yol açıb. Müsahibə ABŞ-la memorandumla bağlı ittihamlara cavab verilən anda kəsilib.
Memorandumun əleyhdarları Qalibafı ittiham edir. O isə eyni mexanizmin əvvəlki prezident dövründə də tətbiq olunduğunu bildirib.
Müsahibənin ikinci hissəsi etirazlardan sonra yayımlanıb. Media Mərkəzi tam versiyanın iki saat əvvəl təqdim olunduğunu açıqlayıb.












