"Qarabağ" futbol klubu Portuqaliyanın "Kasa Pia" komandasından 26 yaşlı mərkəz müdafiəçisi Joau Qulartı transfer etməyə hazırlaşır.
"SAPO" portalının məlumatına görə, Alvaro Paşekonun gəlişindən sonra əsas heyətdə yer alan Qulart bir çox klubların, xüsusən də "Qarabağ"ın diqqətini cəlb edib.
Azərbaycan təmsilçisi müqavilə müddəti 2027-ci ilə qədər olan oyunçu ilə əvvəllər də maraqlanıb. Klub rəhbərliyi bu yay baş tutacaq transferə müsbət yanaşır.












