Avropa Liqasının II təsnifat mərhələsi üçün səbətlər müəyyənləşib.
"Football Meets Data" analitik saytının məlumatına görə, I mərhələdə səpələnməmiş komandalar "Ferentsvaroş" və ya "Qarabağ" ilə qarşılaşsa, II mərhələdə səpələnənlər səbətinə daxil olacaq.
"Qarabağ" mərhələ adlasa, səpələnməmişlər səbətindən "Beşiktaş", "Şerif", "Dinamo" (Kiyev), "Tvente", "Hayduk", "Tromse", "Sankt Gallen", "ÇSKA" (Sofiya) və "Hammarbi" ilə qarşılaşa bilər.












