Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4.6 bal gücündə zəlzələ qeydə alınıb.
AFAD-ın məlumatına görə, hadisə yerli vaxtla 00:08-də baş verib. Episentr Nurdağı olub, dərinlik 7.01 km.
Təkanlar Qaziantepdən başqa Kahramanmaraş, Kilis, Osmaniye və Hatayda da hiss edilib.
Dağıntı və xəsarət olmayıb. Araşdırmalar davam edir.











