"Real Madrid" futbol klubu və prezidenti Florentino Peres Venesuelada baş verən zəlzələdən zərər çəkənlərə 2 milyon avro maddi yardım göstərəcək.
Klubun rəsmi saytında yayımlanan məlumata görə, bu vəsait zəlzələ qurbanlarının ehtiyaclarının qarşılanması üçün istifadə olunacaq.
Bundan əlavə, "Real" Fondu Qırmızı Xaç Cəmiyyəti ilə birgə əlavə ianə toplama kampaniyasına başlayıb.
"Real Madrid" olaraq, bu çətin dövrdə Venesuela xalqına dəstəyimizi, sevgimizi və həmrəyliyimizi bildiririk", - klubun açıqlamasında qeyd olunub.











