1960-cı illərin məşhur aksesuarı saç bantları yenidən modaya qayıdır.
“Fashion Factory” məktəbinin Telegram kanalına istinadən xəbər verilir ki, lüks brendlərin nümayişləri və sosial şəbəkə fenomenlərinin paylaşımları təhlil edilərək bu qənaətə gəlinib.
Hazırda qadınlar saç bantlarını müxtəlif uzunluqlu saçlarla istifadə edir. Miu Miu F/W 2026/27 kolleksiyasında ziqzaq formalı modellər diqqət çəkir.
Ekspertlər deyir: “Dəb dövridir. Bir şeyi atmadan əvvəl yüz dəfə düşünün!”












