Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmə yaradır.
"Pendragon" layihəsi çərçivəsində piyada bölmələrindən biri robotlarla əvəz ediləcək.
Döyüş meydanında 120-130 hərbçinin yerinə uzaqdan idarə olunan robotlar və PUA-lar istifadə olunacaq.
Arxa cəbhədə 15 hərbçi koordinasiyanı təmin edəcək.
Podpolkovnik Kristof deyib: "Əsas məqsəd canlı qüvvəni riskə atmadan əməliyyatlar aparmaqdır."
Sınaqlar Morbihandakı poliqonda aparılır. 2-3 tonluq onlarla robot və 60 dron piyada funksiyalarını yerinə yetirəcək.
Robotlar pulemyot və raketlərlə təchiz ediləcək, sursat daşıyacaq.
"C2 Pendragon" süni intellekt platforması ilə idarə olunacaq. Fransa tam avtonom ölümcül silahlara qarşıdır, lakin qismən avtonom sistemlərə icazə verir.
Layihənin 2027-ci ildə təqdim olunması planlaşdırılır.










