ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bəzi ölkələr İrana qarşı müharibəyə qoşulmağa hazırdır.
Oxu.Az-a istinadən xəbər verilir ki, Rubio bu açıqlamanı NATO diplomatları ilə görüşdə verib.
"B planı olmalıdır. İran boğazları bağlasa, nə edəcəyik? ABŞ təkbaşına hərəkət edə bilər, amma başqa ölkələr də kömək etməyə hazırdır", - deyə o qeyd edib.
Rubio əlavə edib ki, hələ qəti qərar yoxdur, lakin bu ehtimal nəzərdən keçirilir.












