ABŞ Dövlət katibi Marko Rubio İranla razılaşmanın yaxın olduğuna dair müsbət siqnallar olduğunu bildirib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, Rubio bu sözləri səsləndirsə də, həddindən artıq nikbin olmaq istəmədiyini vurğulayıb.
Dövlət katibi qeyd edib ki, Tehran Hörmüz boğazından keçid üçün rüsum tətbiq edərsə, razılaşma mümkün olmayacaq. O, bu addımı 'tamamilə qanunsuz' adlandırıb.
'Dünyada heç kim keçid üçün rüsum sistemini dəstəkləmir. Bu baş verə bilməz. Belə bir addım qəbuledilməzdir' - deyə Rubio İrana xəbərdarlıq edib.












