ABŞ dövlət katibi Marko Rubio, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların hazırda dayandırıldığını bildirib.
O, İsveçdə keçirilən NATO xarici işlər nazirləri toplantısında jurnalistlərə açıqlamasında deyib ki, Moskva, Vaşinqton və Kiyev arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılmır.
Rubio əlavə edib ki, əvvəlki danışıqlar nəticə verməyib. ABŞ diplomatik prosesdə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb: "Biz bu rolu oynamağa davam etməyə hazırıq. Hazırda bununla məşğul ola biləcək başqa heç kim yoxdur."
ABŞ dövlət katibi həmçinin qeyd edib ki, Vaşinqton nəticəsiz sonsuz görüşlərdə iştirak etmək istəmir. O, Ukrayna münaqişəsinin hərbi həllinin olmadığını vurğulayıb: "Bu müharibə yalnız danışıqlar yolu ilə başa çata bilər."












