Rumıniya Prezidenti Nikuşor Dan, baş nazir vəzifəsinə təyin etdiyi Eucen Tomakın səlahiyyətlərinə xitam verərək, yeni namizəd olaraq Adrian Veştyanı irəli sürüb.
Oxu.Az-ın məlumatına görə, bu açıqlama prezident administrasiyasının rəsmi saytında dərc olunub.
Prezident Dan, Adrian Veştyanın bütün inzibati pillələrdən uğurla keçdiyini, uğurlu mer, vilayət şurası sədri və nazir olduğunu vurğulayıb. O, Veştyanı qətiyyətli qərbyönümlü siyasətçi kimi təsvir edib.
Qeyd edək ki, əvvəlki namizəd Eucen Tomak texniki hökumət qurmaq məqsədilə siyasi partiyalarla məsləhətləşmələr aparmış, lakin nəticə əldə edə bilməmişdi.












