Rusiya, Ermənistandan balıqçılıq məhsullarının tədarükünə qoyulan məhdudiyyətləri genişləndirib. Daha iki müəssisənin mallarının sertifikatlaşdırılması müvəqqəti dayandırılıb.
Bu barədə "Rosselxoznadzor" (Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti) məlumat yayıb. Agentlik bildirib ki, əvvəlki pozuntular aradan qaldırılana qədər bu qərar qüvvədə qalacaq.
Beləliklə, Ermənistandan bütün balıqçılıq məhsullarının tədarükü dayandırılıb. Yalnız "MF Export" MMC və "İnvest Plyus" MMC istisna olunub, lakin onlar da ciddi laborator nəzarəti altındadır.












