Rusiya Hərbi Dəniz Donanmasının "Admiral Qriqoroviç" gəmisi La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.
Hadisə çərşənbə axşamı yerli vaxtla 11:40-da baş verib. Gəmi və yaxta Uayt adası ilə Fransa sahilləri arasında olub.
Yaxtanın kimə məxsus olduğu və yaxınlaşma səbəbi hələlik məlum deyil. Britaniya Müdafiə Nazirliyi hadisəni araşdırır.
BBC bildirir ki, yaxta və heyəti zərər görməyib. Britaniya hakimiyyətinə görə, atəş 500 metr məsafədən açılıb.
İnsident Uayt adasından 20 dəniz mili aralıda, Britaniya sularından kənarda baş verib.












