Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın səfiri Pavel Kuznetsovu rəsmi şəkildə çağırıb.
Səbəb isə Moskvanın diplomatlara və xarici vətəndaşlara Kiyevi tərk etmək çağırışıdır.
Oxu.Az-ın məlumatına görə, Finlandiya XİN bunu "X" sosial şəbəkəsində açıqlayıb.
"Finlandiya Rusiyanın qanunsuz təhdidlərini və Ukraynadakı mülki şəxslərə qarşı hücumlarını qətiyyətlə pisləyir", - deyə bildirilib.
Qurum əlavə edib ki, Finlandiya Rusiyanın Avropa ölkələrinin Ukraynadakı mövcudluğuna müdaxiləsinə icazə verməyəcək.












