Rusiya ordusu Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu barədə açıqlama yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri Zapselye və Ryasnoye kəndlərini ələ keçiriblər.
Bu, regionda son günlərdə baş verən ən əhəmiyyətli irəliləyişlərdən biridir.












