Siciliya sahilləri yaxınlığında Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən "Deliver" tankeri ələ keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron "X" hesabında məlumat yayıb.
"Çərşənbə axşamı Hərbi Dəniz Qüvvələrimiz dəniz hüququnu pozaraq Siciliya yaxınlığından keçən "Deliver" tankerini ələ keçirib", - deyə Makron qeyd edib.
"Biz kölgə donanmasının sanksiyalardan yayınmasına və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə yol verməyəcəyik. Avropa öz qərarında qətidir", - deyə paylaşımda bildirilib.












