NATO Baş katibi Mark Rütte ABŞ-nin Avropadakı hərbi kontingentini azaltmağa dərhal başlayacağını təsdiqləyib. O, Vaşinqtonun müharibə halında Avropanı qoruyacağına ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Rütte jurnalistlərə açıqlamasında deyib: "NATO-nun qüvvə konfiqurasiyası sadəcə planlaşdırma alətidir. ABŞ bir neçə cəbhədə fəaliyyət göstərməlidir və resurslarını dağıtmaq istəmir. Buna görə də onlar Avropadakı iştiraklarını bir qədər azaldacaqlar."
O, G7 sammitində bu qərarın dərhal icra olunacağını təsdiqləyib: "Bəli, dərhal başlayacaq." Rütte əlavə edib ki, müharibə başlasa və NATO-nun 5-ci maddəsi işə düşsə, ABŞ də daxil olmaqla bütün müttəfiqlər maksimum səy göstərəcək.












