İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri David Zini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər edib.
O, Qəzza zolağında Fələstin Milli Administrasiyasının (FMA) Preventiv Təhlükəsizlik Xidmətinin sabiq rəisi Məhəmməd Dahlan ilə görüşüb.
Bu barədə “Kan” dövlət teleradio şirkəti öz mənbələrinə istinadən məlumat yayıb. Qurum rəsmi səviyyədə səfəri nə təsdiqləyib, nə də inkar edib.
Xatırladaq ki, “The Wall Street Journal” ABŞ, İsrail və ərəb dövlətlərinin Dahlanı Qəzzanın gələcək rəhbərliyi üçün kompromis fiqur kimi nəzərdən keçirdiyini yazıb.












