ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib.
Pakistanın Baş naziri Şahbaz Şərif bu barədə məlumat verib.
“Bu gün Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında tarixi 'İslamabad anlaşma memorandumu'nun elektron formatda imzalandığını elan etməkdən böyük şərəf duyuram”, - deyə o bildirib.
İlk addım olaraq İran Hörmüz boğazını açacaq, ABŞ isə dəniz blokadasını ləğv edəcək.
Şahbaz Şərif Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib.












