Şanxayda inşa olunan və forması ilə Çin yelpiyini xatırladan nəhəng opera teatrı yaxın zamanda qapılarını açacaq.
Bu barədə "Jenmin Jibao" nəşri məlumat yayıb. Binanın ən diqqətçəkən xüsusiyyəti damına qədər uzanan ağ spiral pilləkəndir. Bu memarlıq elementi sayəsində teatr yuxarıdan baxıldıqda açılmış Çin yelpiyini xatırladır.
Mədəniyyət kompleksinin ümumi sahəsi 146 min kvadratmetrdir. Teatrda 2 000, 1 200 və 1 000 tamaşaçı tutumuna malik üç zal var. Əsas zal 3 500 kvadratmetrlik sahəsi ilə Asiyada ən böyük zal sayılır.
Yeni teatrın 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.












