Ermənistanda biznesmen Qagik Sarukyanın tərəfdarları saxlanılıb. Antikorrupsiya Komitəsi iyunun 7-də keçiriləcək parlament seçkisi ərəfəsində müxalif "Çiçəklənən Ermənistan" partiyasının üzvlərini seçiciləri ələ almaqda ittiham edir.
Tavuş vilayətində partiya nümayəndələrinin seçicilərə rüşvət verdiyi və səs verməyə təşviq etdiyi bildirilir.












