Yerdən 1 110 işıq ili uzaqlıqda, Volan bürcündə F7 spektral sinfinə aid cırtdan ulduz aşkar edilib. Ulduzun ətrafında rekord dərəcədə aşağı sıxlığa malik iki qaz nəhəngi dövr edir.
"TOI-791 b" və "TOI-791 c" adlandırılan bu planetlər o qədər seyrəkdir ki, sıxlıqları şəkər pambığından da aşağıdır. TOI-791 b-də sıxlıq 0.038 q/sm³, TOI-791 c-də isə 0.047 q/sm³ təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Hər iki planet Yupiter ölçüsündə olsa da, sıxlıqları Yupiterdən 28-35 dəfə azdır. Alimlər bildirir ki, bu cür xüsusiyyətlərə malik cəmi dörd sistem məlumdur.












