İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ qüvvələrinə qarşı hərbi əməliyyat keçirib.
"Tasnim" agentliyinin məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun Yaxın Şərqdəki mövqelərini hədəf alıb.
SEPAH bildirib ki, bu addım Vaşinqtonun əvvəlki təcavüzlərinə cavab olaraq atılıb.
Qeyd edək ki, CENTCOM ötən gün Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazilərinə zərbələr endirdiyini açıqlamışdı.












