Serbiya Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırış 2027-ci ilin martından bərpa olunacaq.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandar Vuçiç bəyan edib.
Dövlət başçısının sözlərinə görə, Serbiya ordusu getdikcə daha da güclənir. O vurğulayıb ki, müddətli hərbi xidmətə çağırış başladıqdan sonra ölkə daha da güclü olacaq.
Qeyd olunub ki, Serbiya ordusunda çağırış üzrə xidmət müddəti 75 gün təşkil edəcək.












