Şimali İrlandiyada Son Tunc dövrünə aid Haughey's Fort qalasında aparılan tədqiqatlar bu ərazinin Avropanın ən qədim protoşəhər mərkəzlərindən biri olduğunu ortaya çıxarıb.
Elmi araşdırma "Antiquity" jurnalında dərc edilib. Qlazqo və Belfast universitetlərinin mütəxəssisləri 200-dən çox taxta yaşayış binasının izlərini aşkar edib.
Ən diqqətçəkən tapıntılardan biri diametri 30 metrə çatan dairəvi tikililərdir. Alimlər bunların ictimai və ya inzibati məqsədlər üçün istifadə edildiyini düşünür.
Kompleks ticarət, sənətkarlıq və ritualların mərkəzləşdiyi yüksək səviyyəli protoşəhər xüsusiyyəti daşıyır.
Qazıntı zamanı bürünc və qızıl məmulatlarının istehsalını göstərən qalıqlar, həmçinin Pireney yarımadası və Mərkəzi Avropadan gətirilən əşyalar aşkarlanıb. Bu, geniş ticarət şəbəkəsinin olduğunu sübut edir.
Haughey's Fort, King's Stables və Creeveroe Earthworks ilə birlikdə planlı bir sistemin parçası olub.











