Bu gün Şimali Koreya ordusu Sarı dənizə doğru bir neçə qısamənzilli ballistik raket atıb.
“Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verir ki, raketlər Pxenan-Pukto əyalətindəki Çoncu şəhəri yaxınlığından buraxılıb.
Raketlərin uçuş məsafəsi maksimum 300 km-dir. Bu, Cənubi Koreyanın təsnifat sisteminə əsasən qısamənzilli ballistik raketlərdir.
Qeyd edək ki, aprelin 19-da Şimali Koreya Sinpxo şəhərindən Yapon dənizinə də bir neçə raket atıb.












