22 iyun tarixində "Qiyamət günü" radiostansiyası üç dəfə efirə çıxaraq sirli mesajlar ötürüb.
Stansiyanı izləyən "UVB-76 Loqi" kanalının məlumatına görə, 11:33-də ilk mesajda hərf-rəqəm kombinasiyası ilə yanaşı "STANONANT" və "OBEDOBUYAN" sözləri eşidilib.
İkinci mesaj saat 13:28-də "KLIKOTRYUM" sözü, üçüncü mesaj isə 14:29-da "QLAZİŞE" sözü ilə yayımlanıb.
Stansiya uzun illərdir aktivdir və mənası bilinməyən kodlar ötürməsi ilə tanınır.












