Somali sahilləri yaxınlığında Hind okeanında dəniz quldurları neft tankerini ələ keçiriblər.
"Radio Dalsan"ın məlumatına görə, hadisə Somalinin şimal-şərq sahilində, Puntlend regionu yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişo limanına gedirmiş.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi insidenti təsdiqləyərək bildirib ki, şəxslər gəminin göyərtəsinə qalxıb və onun idarəetməsini ələ keçiriblər. Tankerin Pakistan iş adamlarına məxsus olduğu qeyd olunub.












