Somalinin paytaxtı Moqadişoda keçmiş baş nazir Həsən Əli Xayrenin iqamətgahı yaxınlığında atəş səsləri eşidilib.
Hadisə Dalkada Sayidka bölgəsində baş verib. Yerli mətbuat xəbər verir ki, atışma anında ərazidə təhlükəsizlik vəziyyəti gərgin olub.
Atəş səslərinin hələ də eşidildiyi bildirilir. Ətraflı məlumat verilmir.












