Kentukki ştatının Breaşett məktəb dairəsi "Meta", "TikTok" və "YouTube" platformalarından 27 milyon dollar kompensasiya alıb.
Dairədə cəmi 6 məktəb və 1600 şagird var. İddiaya görə, sosial şəbəkə alqoritmləri yeniyetmələrdə psixi sağlamlıq problemlərinə səbəb olur.
Razılaşmaya əsasən, "Meta" 9 milyon, "Snap" və "TikTok" 8 milyon, "YouTube" isə 2 milyon dollar ödəyib. Heç bir şirkət günahını qəbul etməyib.












