Böyük Britaniyanın Baş naziri Kir Starmer, istefa çağırışlarına rəğmən postunda qalacağını açıqlayıb.
Starmer, 'Mən artıq dəfələrlə postumdan getmək fikrində olmadığımı bildirmişəm. Növbəti seçkidə də iştirak edəcəyəm' deyə bildirib.
Fevralın 11-də dərc olunan sorğuya görə, vətəndaşların 52 faizi Starmerin istefasını istəyir. 19 faiz isə onun qalmasını, lakin müşavirlərinin dəyişdirilməsini müdafiə edir.












