Böyük Britaniyanın Baş naziri Kir Starmer, potensial varisi Mançester meri Endi Börnem ilə gizli görüş keçirib.
"Sky News" telekanalının mənbələrinə görə, görüş təxminən bir saat davam edib.
Bu, Starmerin istefa edəcəyini və Leyborist Partiyasında liderlik seçkisi olacağını açıqlamasından sonra Börnem ilə ilk görüşüdür. Görüşün təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, Starmer daha əvvəl istefa qərarını Kral III Karla bildirib.












