Ceffri Hinton: "Çatbotlar bizim qədər şüurlu ola bilər.
Fizika üzrə Nobel mükafatçısı və "süni intellektin xaç atası" sayılan alim maşınlarda özünüdərk müşahidə etdiyini bildirib.
DR teleradio şirkətinə müsahibəsində Hinton deyib: "Getdikcə görürsən ki, bu çatbotlar bizim qədər şüurlu ola bilər. Amma şüur düşündüyümüz kimi deyil."
Alim vurğulayıb ki, insanlar şüur barədə yanlış təsəvvürə malikdirlər və süni intellektin qavrama qabiliyyətini subyektiv dəyərləndirirlər.












