Tailandda evdə saxlanılan makaka növü meymun 6 yaşlı uşağa hücum edərək öldürüb.
Hadisə böyük səs-küyə səbəb olub. "Çok" adlı erkək meymun bambuk dirəyə bağlanmışdı.
Meymun həyətdə oynayan uşağa qəflətən hücum edib. O, uşağı dişləyib yerdə sürüyüb.
Ailə üzvləri uşağı qan içində tapıb. Xəstəxanada həyatını itirib.
Anası deyir ki, meymunun dişləri oğlunun ağciyərini deşib. Qonşular meymunun əvvəllər də aqressiv olduğunu bildirib.
Ailənin meymunu saxlamaq üçün sənədi olmayıb. Hadisədən sonra baba meymunu cəngəlliyə buraxıb.
Polis meymunu axtarıb tapıb. O, ağacda aqressiv davrandığı üçün trankvilizatorla zərərsizləşdirilib.












