Tailandın paytaxtı Banqkokda sərhəd polisi əməkdaşı mototaksi sürücüləri ilə mübahisə etdikdən sonra atəş açıb. Nəticədə 37 yaşlı bir sürücü hadisə yerində ölüb, iki nəfər isə yaralanıb.
Hadisə gecə saatlarında mototaksi dayanacağında baş verib. Ödənişlə bağlı sözlü qarşıdurma qısa zamanda silahlı insidentə çevrilib.
Atəş açan şəxs könüllü olaraq polisə təslim olub. Yaralı sürücülər ayaq və qol nahiyələrindən xəstəxanaya yerləşdirilib.












